Bakı Sağlamlıq Mərkəzdə rezidentura təhsilinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilmişdir

Bakı Sağlamlıq Mərkəzdə rezidentura təhsilinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Səhiyyə Naziri Teymur Musayevin 27.08.2024-сü il tarixli “Rezidentura təhsilinin təşkilinin təkmilləşdirilməsi barədə” əmri və əmrlə bağlı planlaşdırılan tədbirlər həkim-rezidentlərin nəzərinə çatdırılıb. Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov ölkəmizdə rezidentura təhsilinin xüsusi önəmini vurğulayaraq, ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi tərəfindən bu mövzunun daima diqqətdə saxlanıldığını, bu istiqamətdə davamlı olaraq təkmilləşdirici addımların atıldığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Naziri cənab Teymur Musayevin imzaladığı əmr və əmrdən irəli gələn məsələlərlə həkim-rezidentlərimizi və onların kuratorlarını tanış etmişdir. Rezidentura təhsil pilləsinin yaradılmasının tələbələrin müstəqil praktikaya başlaması və seçdikləri ixtisası daha dərindən, elmi-tədqiqat səviyyəsində öyrənməsinə şərait yaratdığını bildirilib. Bu addım həm də ölkəmizin dünya tibb təhsil sisteminə və eləcə də müasir səhiyyə modelinə uyğun formalaşmasına gətirib çıxarır və Bakı Sağlamlıq Mərkəzi bu yolun inkişafı üçün davamlı addımlar atır. Sonda Dos. Dr. Asiman Həsənov həkim-rezidentlərimizin “Sağlamlığımızın sabahı” adlı yay seminarının qaliblərini təbrik edərək, sertifikatlarını təqdim edib və gələcək fəaliyyətlərində uğurlar arzu edib. Mərkəzimizdə fəaliyyət göstərən rezidentlərin inkişafına töhvə verən silsilə konfranslar, seminarlar keçirilir və burada əsas məqsəd həkim rezidentləri elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaqdır. #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter

Diqər xəbərlər